EN

“Access Bank” Daxili Sənəd Dövriyyəsini “SİMA İmza” ilə rəqəmsallaşdırdı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Access Bank” ASC olub.

“SİMA İmza” “Access Bank”da Daxili Sənəd Dövriyyəsi sisteminə inteqrasiya edilib. İnteqrasiya sayəsində müəssisədə daxili sənədlərin tam həcmdə elektron qaydada “SİMA İmza” ilə imzalanması təmin edilib.

SİMA yeni nəsil rəqəmsal imza ilə qurumların iş yükü, kağızdan istifadə və digər xərcləri azalır. “SİMA İmza”nın hər sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. SİMA rəqəmsal imza haqqında daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Chosen
9
10
report.az

10Sources