Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.30 ABŞ dolları və ya 1.54% azalaraq 75.24 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 76,42 dollara ticarət edilib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.
"Cebheinfo.az"