EN

Azərbaycanın Xalq rəssamı vəfat etdi

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 96 yaşında vəfat edib.

Bu barədə  rəssamın ailəsindən məlumat verilib.

Bildirilib ki, vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək.

Vida mərasimindən sonra mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin və Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının məzunu olub. Dəfələrlə dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunub. Əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ, İngiltərə, Kanada və digər bir çox ölkənin muzeylərində, şəxsi qalereyalarda saxlanılır.

Tofiq Ağababayev Bakının gerbinin və açarının müəllifidir. O, Bakı şəhərinin ilk baş rəssamı olub.

Xalq rəssamı 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

 

Chosen
24
4
oxu24.com

10Sources