EN

İqtisadiyyat nazirinin müavini Xızıda vətəndaşları qəbul edəcək

24 dekabr 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Xızı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 11:00-dan etibarən Xızı şəhəri, Heydər Əliyev prospekti 167 ünvanında, Xızı rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.

Chosen
20
3
xalqqazeti.az

9Sources