EN

Şəbnəm Tovuzlu atasını evləndirdi: "Qəlbim çox qırılıb..." — VİDEO

Bir müddət əvvəl anasını itirən müğənni Şəbnəm Tovuzlu atası Ələddinin ikinci dəfə evləndiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb.
O bildirib ki, atasını özü evləndirib:

"Ölüncəyə qədər onun qulluğundayam. Yaxşı ki varsan. Anam 5 ildir, rəhmətə gedib. Atama nə qədər gözəl baxılsa da, təkliyini hiss etdim. Onu Günəş xanımla evləndirdim. Atama gözəl baxır".

Qeyd edək ki, Ələddin Şəbnəmin doğma atası deyil. İfaçı 1 yaşında olarkən anasını itirib və onu xalası ilə həyat yoldaşı saxlayıb. Şəbnəm uzun illər onları doğma valideyn bildiyini deyib. (axşam.az)
Chosen
11
26
sherg.az

10Sources