EN

Hər kolbasa yedikcə, ömrünüzdən 24 dəqiqə oğurlanır: SENSASİON tədqiqat

Miçiqan Universitetinin alimləri insan ömrünü qısaldan qidaları müəyyən edib.

Bir ədəd hot-doq yemək insanın ömründən orta hesabla 36 dəqiqə alır və onu qazlı su ilə qəbul etsəniz, bu rəqəm daha 12 dəqiqə artır.
Tədqiqat çərçivəsində alimlər 5,8 mindən çox məhsulu qiymətləndirərək, tərkibindəki əlavələr, həmçinin mikro və makroelementlər əsasında analizlər yolu ilə onların fayda və zərərlərini müəyyən ediblər.
Mütəxəssislər sosiskaların ən zərərli qida olduğunu müəyyən ediblər. Onların ardınca insan ömrünə baha başa gələn, ondan 24 dəqiqəi qoparan kolbasa gəlir.
Üçüncü yeri yumurta və səhər yeməyi sendviçləri tutub. Onların hər biri insanın sağlam ömrünü 13,6 dəqiqə azaldır.
Tədqiqatçılar həmçinin fıstıq yağı və jele sendviçinin sağlam illəri uzatmaq üçün ən yaxşı qida olduğunu və 32 dəqiqəlik ömür verdiyini tapıblar.
Bu arada qoz-fındıq və toxum ömrü 24, meyvələr isə 10 dəqiqə uzadır.  (Publika.az)
Chosen
17
13
yenilik.az

10Sources