EN

Generalın polkovnik oğlu təqaüdə göndərildi - RƏSMİ

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib. Bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. 

Məlumatı "bakupost.az" saytı yayıb.

Modern.az məsələni dəqiqləşdirmək üçün Dövlət Gömrük Xidməti ilə əlaqə saxlayıb.

Xidmətin mətbuat katibi Natiq Axundov məlumatı saytımıza açıqlamasında təsdiqləyib.

"Rəşad Zalovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat doğrudur. O,  təqaüdə çıxıb", - o deyib.

Rəşad Zalov 18 mart 1980-ci ildə anadan olub. 2000-ci ildən 2003-cü ilin aprel ayınadək Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

2003-cü ilin aprel ayından etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin müstəntiqi, baş müstəntiqi, həmin İdarənin rəis müavini, Bakı Baş Gömrük İdarəsinin şöbə rəisi və İstintaq İdarəsinin rəisi vəzifələrində çalışıb.

15 noyabr 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində xidmət aparırdı.

Qeyd edək ki, Rəşad Zalov Azərbaycan daxili işlər nazirninin sabiq müavini general-leytenant Oruc Zalovun oğludur. Oruc Zalov 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1998-2022-ci illərdə daxil işlər nazirinin müavini vəzifəsində çalışıb.

26 dekabr 1995-ci ildə “Azərbaycan Bayrağı”, 2014-cü ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.

 

Chosen
13
modern.az

1Sources