EN

“Barton Taun”un qapıçısı dəmiryol vağzalında öldürüldü

İngiltərənin yarıpeşəkar “Barton Taun” futbol klubunun qapıçısı Ceyms Hiçkok dəmiryol vağzalında hücuma məruz qalaraq dünyasını dəyişib.

Arena.az bu barədə “Barton Taun”un mətbuat xidmətinə istinadən məlumat verir.

Bazar günü York Siti dəmiryol vağzalında baş vermiş hadisədən sonra Hiçkok aldığı xəsarətlərdən xəstəxanada ölüb. Daha sonra İngiltərə polisi 22 yaşlı Makkenzi Diçikkonun dava və qətl ittihamı ilə həbs edildiyini bəyan edib.

Hiçkok mövsümün əvvəlində “Barton Taun” komandasına qoşulub. Qapıçının həyat yoldaşı və oğlu qalıb.

Chosen
19
arena.az

1Sources