EN

Xorvatiyada yeniyetmə şagird və müəllimlərə bıçaqla hücum edib, 7 nəfər yaralanıb

Zaqrebin Preçko rayonundakı məktəbdə yeniyetmənin bıçaqla hücum etməsi nəticəsində yeddi şagird və müəllim yaralanıb.

“Far.Az” HRT telekanalına istinadən xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç deyib.

Məlumata görə, yeniyetmə polis tərəfindən saxlanılıb.

"Biz, bütün Xorvatiya ictimaiyyəti kimi, bu gün səhər Zaqrebdəki Preçko ibtidai məktəbində baş verən bu böyük faciədən sarsılmışıq. Daxili işlər naziri Davor Bojinoviç və elm və təhsil naziri Radovan Fuks hazırda oradadırlar. Bizdə olan məlumata görə, bir neçə şagird aldıqları xəsarətlər səbəbindən Zaqreb xəstəxanalarına yerləşdirilib", - o bildirib.

HRT-nin məlumatına görə, hücum edən şəxs həmin məktəbin şagirdi ola bilər. Telekanal qeyd edir ki, qeyri-rəsmi məlumatlara əsasən, yaralanan şagirdlərdən biri ölüb.

Chosen
8
5
far.az

6Sources