Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.
Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavabladırarkən məlumat verib.
“Türkiyə olaraq Suriyaya yeni dövr üçün humanitar yardım baxımından çoxlu töhfələr vermişik. İndi də humanitar yardımlarımız davam edir və davam edəcək. Nə lazımdırsa edəcəyik”, - deyə siyasətçi vurğulayıb.
Ərdoğan qeyd edib ki, Suriyanın beynəlxalq aləmə yenidən inteqrasiyası isə başqa bir mövzudur. Bu, konstitusiya hazırlamaq və Suriyanın gələcəyini əsaslandıracaq siyasi sistemin qurulması qədər zəruridir.
Daşqın HəsənovMissiya.Az