“Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” yeni redaksiyada təsdiqlənib.
Pravda.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan tədbirlərin icrasının əlaqələndirilməsini və onların yerinə yetirilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir.
Tarix: 20 Dekabr 2024, 16:34