EN

Dövlət İnvestisiya Proqramının ilkin layihəsi İqtisadi Şuraya da təqdim ediləcək

İqtisadiyyat Nazirliyi ortamüddətli dövr üçün Dövlət İnvestisiya Proqramının müvafiq istiqamətlər üzrə ilkin layihəsini hər il aprelin 5-nə qədər İqtisadi Şuraya da təqdim edəcək.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi yeni Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nda öz əksini tapıb.

Proqramın layihəsi hər il aprelin 15-nə qədər Nazirlər Kabinetinə, müvafiq istiqamətlər üzrə dəqiqləşdirilmiş layihəsi dövlət büdcəsinə uyğunlaşdırmaq məqsədilə avqustun 1-nə qədər Maliyyə Nazirliyinə, növbəti il üçün dövlət büdcəsinin layihəsinə dair rəyin hazırlanması məqsədilə sentyabrın 15-nə qədər Hesablama Palatasına təqdim olunacaq.

Chosen
7
4
ikisahil.az

5Sources