Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində reallaşan tədbirdə pley-offa yüksələn 16 komanda rəqiblərini tanıyıb.
Avropa Konfrans Liqası
1/16 final mərhələsi
“Gent” (Belçika) – “Betis” (İspaniya)
“Çelye” (Sloveniya) – APOEL (Kipr)
“Kopenhagen” (Danimarka) – “Haydenhaym” (Almaniya)
“Omoniya” (Kipr) – “Pafos” (Kipr)
“Baçka Topola” (Serbiya) – “Yagelloniya” (Polşa)
“Vikinqur” (İslandiya) – “Panatinaikos” (Yunanıstan)
“Molde” (Norveç) – “Şemrok Rovers” (İrlandiya)
“Borats” (Bosniya və Herseqovina) – “Olimpiya” (Sloveniya)
Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar fevralın 13-də keçiriləcək. 1/16 finalın cavab görüşləri isə fevralın 20-də baş tutacaq.
Xatırladaq ki, Avropa Konfrans Liqasında Liqa mərhələsini ilk “səkkizlik”də bitirmiş “Çelsi” (İngiltərə), “Vitoriya” (Portuqaliya), “Fiorentina” (İtaliya), “Rapid” (Avstriya), “Yurqorden” (İsveç), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) və “Serkl Brügge” (Belçika) birbaşa 1/8 finala yüksəliblər. Onların rəqibləri məhz 1/16 final mərhələsinin görüşlərindən sonra bəlli olacaq.