503 əsgərin cəsədi Ukraynaya, 42-si Rusiyaya qaytarıldı
Rusiya ölən 503 hərbçinin cəsədini Ukraynaya təhvil verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə rəftar üzrə koordinasiya Qərargahı məlumat yayıb.
Qərargah aydınlaşdırıb ki, Donetsk istiqamətində həlak olan 403 hərbçinin, Luqanskda 12, Zaporojyedə 57, eləcə də Rusiyadakı morqlardan ölən 31 hərbçinin cəsədi Ukraynaya qaytarılıb.
Rusiya hakimiyyəti hələ ki, rusların cəsədlərinin qaytarılması barədə açıqlama verməyib.
“Komsomolskaya Pravda”nın müxbiri Aleksandr Kots bildirib ki, Ukrayna Rusiyaya 42 rus hərbçisinin meyitini təhvil verib.