Əgər Ukrayna Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, iki ölkə arasında münaqişəli vəziyyət yarana bilər.
Viral.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bu gün “Facebook” səhifəsində yazıb.
“Əgər Zelenski bizim qazımızı buraxmasa, ciddi münaqişə başlaya bilər”, – o qeyd edib.
Son Yazılar:
- Slovakiya Ukraynanı münaqişə ilə HƏDƏLƏDİ
- Biznesmen sevgilisi ilə fotolarını ilk dəfə PAYLAŞDI
- "Kəpəz" "Sumqayıt"la BACARMADI
Slovakiya Ukrayna vasitəsilə Rusiya qazının tranzitinin davam etdirilməsinə dəstək üçün özünün və qonşu ölkələrin qaz sənayesi şirkətlərini – Avstriya, Macarıstan və İtaliyadan olan təchizatçılar, istehlakçılar, qaz kəmərlərinin operatorlarını birləşdirib.
Slovakiya Rusiya qazını Ukrayna vasitəsilə alır. “Qazprom”un “Naftogaz Ukraine” ilə uzunmüddətli tranzit müqaviləsi bu il başa çatır və Ukrayna tərəfi dəfələrlə onu uzatmaq niyyətində olmadığını bəyan edib.