EN

Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

Image

Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

İlk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

ZÜMRÜD





Chosen
9
49
baki-xeber.com

10Sources