Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən Xocalı sakinlərindən biri, 1972-ci il təvəllüdlü Xumar Səlimovanın Milli Qəhrəmanın bacısı olduğu müəyyənləşib.
Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, Azərbaycanın Milli Qəhrəmanı Araz Səlimovun bacısıdır.
Hadisə zamanı onunla yanaşı, qonaq gələn əmisi qızı, Sevil Səlimova da həyatını itirib.