EN

FHN-in Sumqayıt Regional Mərkəzi silsilə müşavirələr keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt Şəhər, Abşeron və Xızı Rayon İcra hakimiyyətlərində “2024-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirib.

Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Tədbirlərdə FHN Sumqayıt Regional Mərkəzinin, yerli icra hakimiyyətlərinin, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.

Müşavirələrin keçirilməsində əsas məqsəd mülki müdafiə sahəsində mövcud vəziyyət, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Tədbirlərdə çıxış edənlər keçirilən müşavirələrin əhəmiyyətindən bəhs edib, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Müşavirələrdə Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən ərazidə yerləşən mülki müdafiə obyektlərində keçirilmiş monitorinqin nəticələri haqqında məlumat verilib. Həmçinin, qeyd olunub ki, cari ilin təqviminə uyğun olaraq idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirələrdə qarşıda duran vəzifələr müzakirə olunub, suallar cavablandırılıb.

FHN-in FHN-in FHN-in FHN-in FHN-in FHN-in FHN-in
Chosen
13
6
apa.az

10Sources