EN

ABŞ Suriyadakı müxalifət lideri ilə əlaqələrin məhsuldar olduğunu bildirib

ABŞ Dövlət Departamentinin Yaxın Şərq Məsələləri üzrə köməkçisinin müavini Barbara Leafın başçılıq etdiyi amerikalı diplomatlardan ibarət nümayəndə heyəti Dəməşqdə Suriya müxalifətinin lideri Əhməd əl-Şara ilə ilk üz-üzə görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Axios məlumat yayıb.

ABŞ rəsmiləri bu əlaqələri müsbət adlandırıblar. Hələlik Dəməşqdəki danışıqların məzmunu ilə bağlı əlavə təfərrüatlar verilməyib.

Amerika diplomatlarından ibarət nümayəndə heyəti Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılmasını müzakirə edib.

Chosen
30
operativmm.az

1Sources