EN

Sumqayıt və Xırdalana metro xətti çəkiləcək — RƏSMİ

“Bu gün biz əsasən şəhər daxili metro infrastrukturunu qurandan sonra şəhərətrafı xətlər barədə düşünə bilərik”.

Bu barədə TNS-ə müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov danışıb.

O bildirib ki, əgər şəhərin daxilindəki xətlər inkişaf etdirilməsə, şəhərətrafı ərazilərə xətlərin çəkilməsi mümükün deyil: “Tutaq ki, biz Xırdalan və Sumqayıta metro çəkdik. Bu gün şəhərin mərkəzindəki xətləri inkişaf etdirməmiş, Xırdalan və Sumqayıtdan olan axını da gətirib inkişaf etməmiş xətti yükləyə bilmərik. Bu, dözülməz vəziyyət yarada bilər. Ona görə də əvvəlcə şəhər mərkəzini inkişaf etdirməliyik ki, sonradan şəhərətrafı xətlər barədə düşünmək bəlkə də olar.

Chosen
2
7
demokrat.az

8Sources