1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Əgər Ukrayna Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, iki ölkə arasında münaqişəli vəziyyət yarana bilər".
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Slovakiya Rusiya qazını Ukrayna vasitəsilə əldə edir. "Qazprom"un "Naftogaz Ukraine" ilə uzunmüddətli tranzit müqaviləsi bu il başa çatır və Ukrayna tərəfi dəfələrlə onu uzatmaq niyyətində olmadığını bəyan edib.