EN

Gürcüstanda hökumət əleyhinə etiraz aksiyası keçirilir

Tbilisidə Rustaveli prospekti bağlanıb və şəhərin mərkəzində mitinq iştirakçılarının sayı getdikcə artır.

"Operativ Media" TASS-a istinadən xəbər verir ki, etirazçılar əsasən müxtəlif mərkəzi küçələrdən yürüş edərək parlament binası qarşısına toplaşıblar. Aksiya dinc şəraitdə keçirilsə də, vəziyyətin gərginləşməsi istisna edilmir.

Etirazlar 28 noyabrdan etibarən fasiləsiz olaraq davam edir. Hər gün parlament binası yaxınlığında mitinqlər keçirilir, aksiyaların ilk həftəsi isə xüsusilə gərgin keçib.

Etirazların əsas səbəbi, baş nazir İrakli Kobaxidzenin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlük məsələsini gündəlikdən çıxarmaq və bununla bağlı qrantların bütün büdcəsindən imtina etmək barədə bəyanatı olub.

Hazırda Gürcüstan vətəndaşları hökumətdən Avropa inteqrasiyası yolunda daha ciddi addımlar atmağı tələb edirlər.

Chosen
34
1
operativmedia.az

2Sources