EN

Avtosənayedə “zəlzələ”: 3 nəhəng birləşə bilər

Əgər birləşmə baş tutsa,dünyanın kapitallaşma həcminə görə (55 milyard dollar) üçüncü ən böyük avtomobil şirkətiyarana bilər.Xəbər yayılandan sonra “Nissan”ın səhmləri 24% qalxıb.

Avqust ayında “Honda”, “Nissan” və “Mitsubishi” bəyan etmişdilər ki, bazarın sürətlə dəyişən reallığına uyğunlaşmaq məqsədilə elektromobillər üçün ortaq hissələrdən - məsələn, akkumulyatorlardan və avtonom hərəkəti təmin edəcək vahid proqram təminatından istifadə etməyə hazırlaşırlar. Bununla bağlı “Honda” və “Nissan” artıq razılığa gəliblər.

Şirkətlərin birləşməsi onların Yaponiya avtosənayesinin lideri olan “Toyota” və Almaniyanın nəhəngi “Volkswagen” konserni ilə rəqabət aparmalarına imkan yarada bilər.

Ötən ay “Nissan” şirkəti 9000 işçini ixtisar etmişdi. Bu, əməkdaşların 6%-i deməkdir. Səbəb şirkətin 9,3 milyard yena (58,1 milyon avro) həcmində rüblük ziyanla üzləşməsidir. Şirkətin rəhbərliyi bəyan edib ki, “Nissan” daha effektiv olmalı, bazarın yeni reallığına, zövqünə, tələblərə daha çevik uyğunlaşmalıdır.

“Honda”nın gəliri də ilin birinci yarısında 20% azalıb. Səbəb ilk növbədə şirkətin Çin bazarındakı mövqelərini itirməsilə bağlıdır.

2023-cü ildə “Toyota” 11,5 milyon, “Honda” 4,2 milyon, “Nissan” 3,4 milyon, “Mitsubishi Motors” isə 1 milyondan bir az çoxavtomobil istehsal ediblər. Hətta sonuncu 3 şirkət birləşsələr də, “Toyota” Yaponiyanın ən böyük istehsalçısı olaraq qalacaq.

Tariyel Həsənov
AzVision.az
Chosen
54
azvision.az

1Sources