“Star TV”nin məşhur seriallarından olan “Yalı Çapkını”nın final tarixi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Belə ki, ekran işi martda yayımlanacaq 100-cü bölümü ilə tamaşaçılara vida edəcək.
Qərarın verilməsinə səbəb serialın bu mövsüm gözlənilən reytinqi toplaya bilməməsidir. O da bildirilib ki, serial sürətlə izləyici itirməyə davam edərsə, final tarixi tezləşə də bilər.
Xatırladaq ki, ötən həftə “Yalı Çapkını”nın 87-ci bölümü efirə gedib. Yeni il həftəsində isə serial fasiləyə çıxacaq.
Qeyd edək ki, artıq 3 sezondur yayımlanan serialın baş rollarını Afra Saraçoğlu və Mert Ramazan Demir canlandırır.