EN

Nümayəndələr Palatası hökumətin maliyyələşdirilməsini dəstəkləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası federal hökumətin maliyyələşdirilməsinin uzadılmasına dair qanun layihəsini qəbul edib.

“Far.Az” xəbər verir ki, sənədi Konqresin aşağı palatasının 366 üzvü dəstəkləyib, 34-ü isə əleyhinə çıxıb.

Qanun layihəsinə əsasən federal hökumətin maliyyələşdirilməsi gələn ilin martın 14-dək uzadılacaq, habelə təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 100 milyard dollardan çox vəsait ayrılacaq.

Chosen
29
far.az

1Sources