EN

"Tesla" təkər təzyiqi sistemi ilə bağlı problemə görə 700 min avtomobili geri çağırır

Bakı. Trend:

"Tesla" şirkəti təkər təzyiqi monitorinq sistemindəkixəbərdarlıq işığı ilə bağlı problem səbəbindən 700 min avtomobiligeri çağırır.

Trend xəbər verirki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasınınaçıqlamasına görə, bu problem 2024-cü il istehsalı olan“Cybertruck”, 2017-2025-ci illərin istehsalı olan “Model 3” və2020-2025-ci illərin istehsalı olan “Model Y” modellərində qeydəalınıb.

"Tesla" şirkəti problemi həll etmək məqsədilə müştərilərə pulsuzproqram yeniləməsi təqdim edəcəyini bildirib.

Chosen
30
az.trend.az

1Sources