EN

Onlar da "TikTok"u və "Telegram"ı qadağan etmək istəyirlər

Moldova hakimiyyəti "TikTok" sosial şəbəkəsindən və "Telegram" mesencerindən istifadəni qadağan edə bilər.

Publika.az xəbər verir ki, bu barədə Moldova parlamentinin spikeri İqor Qrosu "TV8" telekanalında bildirib.

Onun sözlərinə görə, ölkədəki seçkinin nəticələrinə təsir etmək üçün istifadə olunacaqları təqdirdə qadağa gündəmə gələ bilər: "Əgər görsək ki, bu platformalar bizim sorğularımıza cavab vermir və seçkinin nəticələrinə təhlükə yaranır, o zaman dövlət müdaxilə etməyə borcludur".

Qeyd edək ki, Avropa İttifaqında belə platformaların fəaliyyətinin tənzimlənməsinin zəruriliyi ilə bağlı tez-tez müzakirələr gedir.

Chosen
26
11
publika.az

10Sources