EN

İtaliyada nağd puldan istifadə Avrozonadakı orta göstəricidən yüksəkdir

İtaliyada əhali arasında nağd vəsaitlərdən istifadə Avrozonadakı orta göstəricidən yüksəkdir. SİA xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının məlumatında deyilir.

Bildirilir ki, italyanlar getdikcə daha çox kredit, debet kartlarından və bank köçürmələrindən istifadə edirlər. Lakin nağd puldan istifadə azalsa da, bankın sorğusunda iştirak edən istehlakçıların 62 faizi hələ də ödəniş variantı kimi nağd ödənişin olmasını vacib hesab edirlər. Respondentlərin 55 faizi isə mağazalarda kartla ödəməyə üstünlük verdiyini bildirir.

İtaliyada mağazalarda, restoranlarda və supermarketlərdə ödənişlərin bank kartı və ya mobil proqramdan istifadə nisbəti ümumilikdə 38 faizdir. Elektron ticarət, vergilərin və digər xidmətlərin rəqəmsal şəkildə ödənilmə nisbəti isə 24 faizə bərabərdir.

Chosen
4
3
sia.az

4Sources