EN

Bağçada nöqsan aşkarlandı - Müdir işdən uzaqlaşdırıldı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir. Agentlikdən TehsilForumu.Az-a verilən məlumata əsasən, aparılan yoxlama-nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri 61 nömrəli uşaq bağçasında uşaqların qidalanması prosesinin təşkilində nöqsanlar aşkar edilib. Aşkar edilən nöqsanlar nəticəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 61 nömrəli uşaq bağçasının müdiri işdən azad olunub.  Qeyd edək ki, tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.

Chosen
1
14
tehsilforumu.az

10Sources