EN

Azərbaycan-Ermənistan sərhədində 4,8 maqnitudalı güclü zəlzələ qeydə alınıb

Azərbaycan-Ermənistan sərhədində güclü zəlzələ baş verib.

Day.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bürodan bildirilib ki, yerli vaxtla saat 03:01-də baş verən yeraltı təkanların maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.

Chosen
6
3
day.az

10Sources