ABŞ Müdafiə Nazirliyi 11,7 milyard dollara 145 ədəd beşinci nəsil F-35 döyüş təyyarəsi almağa qərar verib.
“İki sahil” xəbər verir ki, bu barədə Pentaqonun saytında məlumat verilib.
Qırıcıların tədarükü Amerikanın “Lockheed Martin” hərbi-sənaye korporasiyası tərəfindən təmin ediləcək.
Pentaqon 46 təyyarəni üçüncü ölkələrə satacaq. Bundan əlavə, müqaviləyə Yaponiya və İtaliyada son montaj və yoxlama obyektləri üçün alət dəstəyi daxildir.