EN

ABL-nin VIII turunda üç oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının VIII turunda bu gün üç qarşılaşma keçiriləcək.

“İki sahil” xəbər verir ki, əvvəlcə A qrupunda “Sabah” “Abşeron”la üz-üzə gələcək.

“Sərhədçi” İdman Mərkəzində baş tutacaq görüşün start fiti saat 12:00-da səsləndiriləcək. Hazırda “Sabah” 13 xalla qrup lideridir. Beşinci pillədə olan “Neftçi”nin isə 10 xalı var.

Qrupun digər matçı “Naxçıvan”la “Sərhədçi” arasında oynanılacaq. 16:00-da başlayacaq bu görüş də “Sərhədçi” İdman Mərkəzində keçiriləcək. “Naxçıvan” 13 xalla ikinci yerdədir. Dördüncü pillədəki “Sərhədçi”nin 10 xalı var.

B qrupunda isə “Lənkəran” komandası “Quba”nı qəbul edəcək. Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüşə 14:00-da start veriləcək. “Quba” qrupda üçüncü, “Lənkəran” isə sonuncu - 6-cı yerdədir. Hər iki komanda 9 xala malikdir.

Qeyd edək ki, VIII turun dünən A qrupunda keçirilən “Neftçi” - NTD görüşü "ağ-qaralar"ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb. Tura sabah B qrupunda keçiriləcək “Gəncə” - “Ordu”, “Sumqayıt” - “Şəki” matçları ilə yekun vurulacaq.

Chosen
11
4
ikisahil.az

10Sources