Bu gün Monpelyedə beynəlxalq cüdo təqvimində ilin yekun turniri - Çempionlar Liqası keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin üzvü Uşanqi Kokauri (+100 kq) avrokubok yarışında iştirak edəcək.
Əvvəlcə onun Monpelyedə çıxış edəcəyi açıqlanmışdı.
Lakin sonra Kokaurinin adı ölkələr üzrə iştirakçılar siyahısında yox idi. Buna səbəb Çempionlar Liqasının təşkilatçılarının Uşanqini səhvən Gürcüstan cüdoçularının tərkibində müəyyənləşdirməsi olub.
Hər halda, üçqat olimpiya iştirakçısı Türkiyənin "İzmir Büyükşehir Belediyesi"nin heyətində Çempionlar Liqasında təmsil olunacaq.
İdman.biz