Cari ilin 11 ayı ərzində 505 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 344 nəfər həyatını itirib, 335 nəfər isə yaralanıb.
Bu barədə Aznews.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir:
"Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayram öncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürət rejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlər təşkil edəcəkləri ehtimal olunur.