Bakı. Trend:
Cari ilin 11 ayı ərzində qeydə alınan göstəricilərə əsasən,yolda müəyyən edilmiş sürət həddinin aşılması, yenə də sürücülərtərəfindən ən çox yol verilən qayda pozuntusudur.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən baxılan dövrdə 505 yol-nəqliyyathadisəsi qeydə alınıb ki, nəticədə 344 nəfər həyatını itirib, 335nəfər isə yaralanıb:
"Qarşıdan gələn bayram günlərində şəxsi avtomobillə səfərəçıxanların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.Bununla yanaşı, qeyri-qanuni sərnişin daşıyan şəxslərin bayramöncəsi sərnişin axınının artmasını fürsət bilərək, məhz sürətrejiminin pozulması hesabına gün ərzində bir neçə dəfə səfərlərtəşkil edəcəkləri ehtimal olunur.
Hərəkət intensivliyinin artması fonunda yolda müəyyən edilmişsürət həddinin aşılması, yaxud sürət həddinin yol və hava şəraitinəuyğun seçilməməsi kimi kobud qayda pozuntuları isə sözsüz ki, sondaağırlıq dərəcəsi yüksək olan yol qəzaların baş verməsinə real zəminyarada bilər".
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha yüksək sürətin ağırfaciələrə səbəb olduğunu xatırladır və qarşıdan gələn bayramgünlərinin xoş əhval-ruhiyyədə qeyd olunması üçün hər bir hərəkətiştirakçısını yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyəçağırır!",- deyə məlumatda qeyd edilib.