"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola karyerasının ən çətin vaxtlarından danışıb.
QOL.az xəbər verir ki, o, müxtəlif dövlərdə çətinliklər yaşadığını deyib:
“Karyeramın ən çətin vaxtı? "Barselona"ya başlayanda naməlum məşqçi idim. Münhenə köçməyimi xatırlaya bilərsiniz, mən yeni dil öyrənməliydim. Mən Yupp Haynkesin treblindən sonra komandaya gəlmişdim. Bu, inanılmaz dərəcədə çətin sınaq idi. İndi problem nədir? Biz hər şeyi qazanmışıq. Problem budur. Əgər biz nəticələr nöqteyi-nəzərindən qiymətləndirsək, deməli, bu, ən çətin məqamdır”.
Qeyd edək ki, “Mançester Siti” bütün turnirlərdə keçirdiyi son 10 matçdan 7-də məğlub olub. Qvardiolanın komandası İngiltərə çempionatında 15 oyundan sonra 27 xalla 5-ci yerdədir.