EN

“Tesla” 700 min avtomobilini geri çağırır - SƏBƏB

  “Tesla” şirkəti avtomobilin təkəri üçün təzyiqə nəzərət sistemindəki xəbərdarlıq işığında yaranmış problemə görə 700 min avtomobilini geri çağırır.

 Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının yaydığı açıqlamada problemin 2024-cü il istehsalı olan “Cybertruck”, 2017-2025-ci illərin istehsalı olan “Model 3” və 2020-2025-ci illərin istehsalı olan “Model Y” avtomobillərində qeydə alındığı deyilir.

İlon Maskın rəhbərlik etdiyi şirkət problemi həll etmək üçün müştərilərə pulsuz proqram yeniləməsi təqdim edəcəyini bildirib./publika.az  

Chosen
9
20
referans.az

10Sources