EN

Slovakiya Ukraynanı münaqişə ilə hədələdi

Əgər Ukrayna Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməsə, iki ölkə arasında münaqişəli vəziyyət yarana bilər.

Demokrat.az "Report”-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bu gün "Facebook” səhifəsində yazıb.

"Əgər Zelenski bizim qazımızı buraxmasa, ciddi münaqişə başlaya bilər", - o qeyd edib.

Slovakiya Ukrayna vasitəsilə Rusiya qazının tranzitinin davam etdirilməsinə dəstək üçün özünün və qonşu ölkələrin qaz sənayesi şirkətlərini - Avstriya, Macarıstan və İtaliyadan olan təchizatçılar, istehlakçılar, qaz kəmərlərinin operatorlarını birləşdirib.

Chosen
19
5
demokrat.az

9Sources