Almaniyanın Maqdeburq şəhərində Milad bazarında avtomobil izdihamın üzərinə sürüb. Orada 10-dan çox insan həlak olub.
Nəşrin məlumatına görə, Almaniyanın Maqdeburq şəhərində Milad bazarında avtomobilin toqquşması nəticəsində azı 11 nəfər həlak olub. Həmçinin 80-ə qədər insanın xəsarət aldığı bildirilir. Faciə yerində təcili tibbi yardım həkimləri növbətçilik edir. Yaralılara yardım göstərirlər.
Terror aktına Almaniya kansleri Olaf Şolz da münasibət bildirib.
"Maqdeburqdan gələn xəbərlər ən pisini göstərir. Mənim fikirlərim qurbanlar və onların yaxınları ilə bağlıdır. Biz onlarla və Maqdeburq əhalisinin yanındayıq", - o, Tvitter-də yazıb.
Xatırladaq ki, dünən axşam saatlarında Almaniyanın Maqdeburq şəhərində avtomobil Milad bazarında toplaşan insanların üzərinə sürüb. Hadisə nəticəsində çoxlu sayda insan tələfatı olub.
Oxuməni.az