EN

Kazanda binalara dəhşətli PUA hücumu olub - VİDEO

Ukrayna hərbçiləri pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Tatarıstan Respublikasına uğursuz hücuma cəhd ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatında qeyd edilib ki, Moskva vaxtı ilə saat 7:50 radələrində bölgədə hava hücumundan müdafiə sistemləri işə düşüb. Nəticədə bir təyyarə tipli pilotsuz uçan aparat vurulub.

“Kiyev rejiminin Rusiya Federasiyası ərazisində PUA-lardan istifadə edərək hədəflərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - bəyanatda vurğulanır.

Eyni zamanda SHOT Telegram kanalı məlumat yayıb ki, bir Ukrayna pilotsuz təyyarəsi Kazanda 37 mərtəbəli yaşayış binasına çırpılıb. Söhbət Vzletnaya küçələrinin kəsişməsində yerləşən “Lazurnıye Nebesa” yaşayış kompleksindən gedir. Bundan başqa, daha bir PUA-nın binaya çırpılması barədə məlumatlar yayılıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.





Tural

Chosen
10
news365.az

1Sources