"Operativ Media" xəbər verir ki, qərar gələn ilin yanvarın 23-də qüvvəyə minəcək.
"Duet Kart" və "Əkiz Kart" xidmətindən istifadə edən abunəçilər yanvarın 23-dək Müştəri Xidmətlərinə yaxınlaşaraq ödənişsiz əsaslar ilə SIM kart dəyişikliyi əməliyyatını həyata keçirə bilər.
Bununla yanaşı fevralın 1-dən etibarən isə fakturasız xətt sisteminə aid nömrələr üçün yeni şərtlər tətbiq ediləcək. Belə ki, fakturasız xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulmuş ödəniş (danışıq) kartlarının nominalına uyğun olaraq müəyyən edilən kartın istifadə müddəti + 180 gündən + 90 günə endirilir.
Bu tarixdən fakturasız xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan bütün tarif paketlərində, hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən az olduqda, həmin nömrəyə 2 AZN (ƏDV daxil) məbləğində aylıq xidmət haqqı tətbiq ediləcək.
Hər bir təqvim ayı ərzində telekommunikasiya xidmətlərindən istifadə haqlarının ümumi həcmi 2 AZN-dən çox olduqda aylıq xidmət haqqı tətbiq edilmir. Aylıq xidmət haqqı hesablanarkən Paycell və Simkredit xidmətlərindən istifadə nəzərə alınmır. Təqvim ayı bitdikdən sonra, növbəti ay (aylar) ərzində, balansda kifayət qədər vəsait olduqda müvafiq təqvim ayına aid olan aylıq xidmət haqqının tam məbləği balansdan çıxılır. Balansda kifayət qədər vəsait olmadıqda isə aylıq xidmət haqqı məbləği tam ödənilənədək balansdakı qalıq məbləğə müvafiq olaraq ardıcıllıqla hesabdan silinir. Balansda kifayət qədər məbləğ olmadığı təqdirdə müvafiq aylıq xidmət haqqı məbləği və ya qalıq hissəsi növbəti balans artırma zamanı hesabdan avtomatik olaraq çıxılır.