EN

Bu hücum qorxaqlıqdır - Avropa Komissiyasının rəhbəri

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Almaniyada Milad yarmarkasına edilən hücumu pisləyib.

Teleqraf.com xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.

O, Maqdeburq şəhərində baş verənləri qəddar və qorxaq hərəkət olaraq qiymətləndirib.

Hadisə qurbanlarının yaxınlarına başsağlığı verən Lyayen, hücumu törədənlərin mütləq cəzalandırılmalı olduqlarını bildirib.

Xatırladaq ki, Almaniyanın Maqdeburq şəhərində naməlum şəxslər avtomobili Milad yarmarkasındakı insanların üzərinə sürüb. Hadisə nəticəsində 2 nəfər ölüb, 15-i ağır olmaqla 68 nəfər yaralanıb.


Müəllif: Ceyhun Ağazadə
Chosen
24
teleqraf.com

1Sources