Hacıqabul rayonunun Atbulaq kəndini təbii qazla təmin edən, diametri 110 mm-lik PE yeraltı daşıyıcı qaz kəməri üzərində quraşdırılmış Dş 100 mm-lik siyirtmə nəməlum avtomobil tərəfindən yararsız vəziyyətə salınıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, qəza vəziyyətinin aradan qaldırılması məqsədilə Hacıqabul rayonunun Atbulaq kəndinin (ümumi 747 abonent) qaz təchizatı daxildən dayandırılıb.
Müvafiq qüvvələr tərəfindən qəzanın aradan qaldırılması üçün işlər aparılır.
"Cebheinfo.az"