Azərbaycan Basketbol Liqasının 8-ci turunda bu gün daha üç qarşılaşma keçiriləcək.
Fanat.Az xəbər verir ki, iki matç Bakıda, digəri Lənkəranda baş tutacaq.
Əvvəlcə A qrupunun lideri “Sabah” “Abşeron”la üz-üzə gələcək. Görüş “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.
Qrupun digər matçı “Naxçıvan”la “Sərhədçi” arasında oynanılacaq. Bu oyun da “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
B qrupunda isə “Lənkəran” komandası “Quba”nı qəbul edəcək. Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq.
Qeyd edək ki, 8-ci turun dünən A qrupunda keçirilən “Neftçi” - NTD görüşü "ağ-qaralar"ın 81:68 hesablı qələbəsi ilə yekunlaşıb.
Tura sabah B qrupunda keçiriləcək “Gəncə” - “Ordu”, “Sumqayıt” - “Şəki” matçları ilə yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
8-ci tur
21 dekabr
A qrupu
12:00. "Sabah” – “Abşeron”
Sərhədçi İdman Mərkəzi
16:00. “Naxçıvan” – “Sərhədçi”
Sərhədçi İdman Mərkəzi
B qrupu
14:00. “Lənkəran” – “Quba”
Lənkəran OİK