EN

Almaniyada bayram bazarında terror - 11 ölü, 80 yaralı

Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 11 nəfər həlak olub, 60-ı yaralanıb.

Bildirilib ki, hadisəni törədən sürücü həbs edilib.

Əyalət hökumətinin sözçüsü Masias Şuppe hadisəni terror aktı kimi qiymətləndirib.

Şəhər polisinin məlumatına görə, hazırda Maqdeburqdakı Milad bazarında geniş əməliyyatlar keçirilir.

Qeyd edək ki, Berlinin qərbində yerləşən Maqdeburq Saksoniya-Anhalt əyalətinin paytaxtıdır və təxminən 240.000 əhalisi var.

***

“Bild” nəşrinin məlumatına görə, yaralıların sayı 80-ə çatıb.

 

Chosen
23
44
redaktor.az

10Sources