EN

DÜNYA HÜQUQŞÜNASLARININ BAKI KONFRANSINDA CİNAYƏTKARLIQLA MÜBARİZƏNİN ÜSULLARI İNCƏLƏNİR- FOTOLAR

Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovun

Prezidenti olduğu Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə bu gün 21 dekabr 2024-cü il tarixdə Bakıda “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans öz işinə davam edir... Konfransda  iştirak edən "Təzadlar"ın baş redaktoru Asif Mərzili bildirdi ki, Beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanınmış hüquqşünasları, eləcə də Türkiyə, Rusiya, Çin, İtaliya, Qazaxıstan, Yunanıstan, Albaniya, Belarus, Serbiya və Bolqarıstandan nüfuzlu hüquqşünas alimlər iştirak edirlər... Hazırda Rusiyanın Saratov vilayəti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin  Araşdırılması Mərkəzinin direktoru, hüquq elmləri doktoru, professor Lopaşenko Natalya Aleksandrovnanın “Cinayət siyasəti: dərk  olunmamış və dərkolunmaz  hadisələr  haqqında düşüncələr” mövzusunda məruzəsi dinlənilir...

Y.Məmmədli

Chosen
17
1
tezadlar.az

2Sources