Goranboyda yol kənarında yaralı qadın aşkar olunub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Goran qəsəbəsində körpünün yaxınlığında baş verib.
Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan qadını maşın vurduğu və onun körpüdən yıxıldığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.