EN

Almaniyadakı terror hücumunda 2 Türkiyə vətəndaşı yaralanıb- Türkiyə XİN bəyanat yaydı

Türkiyə Xarici İşlər Nazirliyi Almaniyada Milad yarmarkasına edilən hücumla bağlı açıqlama yayıb.

Azpost.info xəbər verir ki, Türkiyə XİN Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasında baş  verən hücumla bağlı dərin kədər hissi keçirdiklərini bildirib.

“Həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralılara tezliklə şəfa diləyirik. Ümid edirik ki, şiddətlə qınadığımız bu hücumun səbəbi ən qısa zamanda aydınlaşdırılacaq. Bu ağrılı gündə Almaniyanın yanında olduğumuzu bildiririk. Ümid edirik ki, günahkarlar ədalət qarşısında cavab verəcək”, – açıqlamada deyilir.

O da qeyd olunur ki, Milad bazarında baş verən faciəvi hücumda iki Türkiyə vətəndaşı yaralanıb.

“Vətəndaşlarımızın xəstəxanada müalicəsi davam etdirilir və həyati təhlükə yoxdur. Vəziyyət Baş Konsulluğumuz tərəfindən yaxından izlənilir”, – açıqlamada qeyd olunub.

Azpost.info

 

 

Chosen
18
azpost.info

1Sources