EN

"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

Kulis.az Aqşin Yeniseyin "Qondarma yaradıcılıq" yazısını təqdim edir.

Pozitiv cəmiyyət fəlsəfəsi diqtə edir ki, xoşbəxtlik qondarılan bir şeydir.

İnsan xoşbəxt olmaq istəyirsə, onu qondarmalıdır, həm də fasiləsiz qondarmalıdır. Çünki bu gün qondarılmış xoşbəxtlik yalnız bu günü xilas etməyə yetəcək.

Çağımız ömrü deyil, günü xilas edən xoşbəxtliklər çağıdır.

Bütün ideologiyalar insan bədbəxtliyinin məhsuludur. Yəhudilik, xristianlıq, islam, kommunizm, feminizim, hətta kapitalizm və s.

Kökünə gedin, bəşəri bir çıxılmazlıqla rastlaşacaqsınız.

Çıxış yolu çıxılmazlıqda tapılır. Çıxılmazlığı olmayan vəziyyət yaradıcılıq ehtiyacını yox edir.

Azadlıq əsarətdən, xoşbəxtlik bədbəxtlikdən çıxış yoluyla əldə edildikdə dəyər qazanır.

Azadlıq və xoşbəxtlik günü bəxtəvər etmək niyyətindən doğduqda meşşanlıqdan, özbaşınalıqdan və hedonizmdən başqa bir şey olmur.

Qondarmaq yaradıcılıq əziyyətinə qatlaşmaq istəməyənin "yaradıcılığıdır".

Pozitiv cəmiyyətdə xoşbəxtlik də çox kəsə və ucuz yollarla qondarılır. Ən yayğını başqalarının xoşbəxtliyini kopyalamaqdır.

Chosen
41
kulis.az

1Sources