"İnsan bir vəzifəyə keçəndən sonra, stol nədirsə ayrı cür təsir edir".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Zaurla Günaydın" verilişində deyib. Muğam ifaçısı bəzi məmurlardan şikayətlənib:
"Sənətkarlara qiymət verilməlidir. Sənət adamları hər zaman diqqət istəyir. Bəzi məmurlar stol görəndə xasiyyəti dəyişir. Elə bil stola işləyirlər, insanlıqları itir".
Tarix: 21 Dekabr 2024, 14:11